İyulun 6-da saat 2 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının qarşısında Qazax rayon sakini Ayaz Hüseynov münaqişə zəminində orada həkim işləyən Bakı şəhər sakini Əflatun Yusifovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ə.Yusifov xəstəxanaya yerləşdirilib.
A.Hüseynov Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
Modern.az