Modern.az

Türkiyəli deputat: “2 yaşlı Zəhranın şəkillərindən dəhşətə gəldim”  

Türkiyəli deputat: “2 yaşlı Zəhranın şəkillərindən dəhşətə gəldim”   

6 İyul 2017, 13:28

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirildi. 2 yaşlı körpənin ermənilər tərəfindən qətlə yetirilməsi hər zaman belə məsələlərə həssaslıqla yanaşan qardaş ölkə Türkiyədə gündəm olmadı.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Atilla Sertel 2 yaşlı Zəhranın ölümünü nifrətlə qınadığını deyib.

 

“Türkiyə mediası hazırda elə bir vəziyyətdədir ki, görmək istədiklərini görürlər, görmək istəmədiklərini isə görməzdən gəlirlər.

 Mən sosial şəbəkələrdə 2 yaşlı körpənin şəkillərini gördüm, dəhşətə gəldim. Həqiqətən də çox üzücü və ağır cinayətdir. Bu cinayət insanlığa yaraşmır. İnsan olan insanı, hələ 2 yaşlı körpəni necə öldürə bilər?  Ermənilərin törətdiyi bu cinayəti nifrətlə qınayıram. Ermənilər mənfur siyasətlərindən əl çəkmirlər.

Biz hər zaman qardaş Azərbaycanın yanındayıq. Ermənilərin törətdiyi bu dəhşəti bütün dünyaya çatdırmalıyıq. Bu məsələni gündəmə gətirmək üçün əlimizdən gələni edəcəyik”.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?