Modern.az

Ermənilər Xankəndi hava limanını niyə açmadıqlarını izah ediblər

Ermənilər Xankəndi hava limanını niyə açmadıqlarını izah ediblər

Təhsil

11 May 2011, 17:42


Xankəndi hava limanında uçuş-enmə  zolağının genişləndirmək zərurtəti yarandığından bu obyektin açılışı təxirə salınıb. Bu barədə Ermənistanın “Armavia” şirkətinin sahibi Mixail Baqdasarov erməni jurnalistlərinə məlumat verib.
Onun sözlərinə görə, uçuş zolağı genişləndirildikdən sonra hava limanı təkcə kiçik yox, orta  ölçülü təyyarələri də qəbul edəcək. Baqdasrov bildirib ki, rəhbərlik etdiyi şirkət Xankəndi-İrəvan təyyarə reysi açmaq niyyətində deyil. Belə ki, qondarma qurum özü təyyarə şirkəti açmaq niyyətinə düşüb.

Qeyd edək ki, Azərbaycan rəsmi olaraq bəyan edib ki, Xankəndinə təyyarə enməyinə imkan verməyəcək.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular