Modern.az

Elmar Məmmədyarov xanım Malena Mardı yola saldı  

Elmar Məmmədyarov xanım Malena Mardı yola saldı   

Aktual

6 İyul 2017, 14:20

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Modern.az xəbər verir ki, görüşdə Elmar Məmmədyarov Malena Mardın fəaliyyəti müddətində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini bildirib.

 

Malena Mard fəaliyyəti dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın irəlilədilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

 

Elmar Məmmədyarov Malena Marda gələcək fəaliyyətində uğurlar arzu edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama