Modern.az

Berlindəki Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək  

Berlindəki Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək   

Aktual

6 İyul 2017, 14:25

Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyası (DAA) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi ilə bağlı etiraz aksiyası keçirəcək.

Bu barədə Modern.az-a məlumat verən DAA-nin prezidenti Rəşad Quliyev deyib ki, aksiyanıniyulun 9-da saat 15:00-da Berlində Ermənistan səfirliyinin qarşısında keçirilməsi nəzərdə tutulub.

R.Quliyev bildirib ki, təxminən 100-dən çox insanın iştirakı ilə keçiriləcək etiraz aksiyasında “Uşaq qatili Sarkisyan”, “İşğalçı ordu Azərbaycan ərazilərini tərk et” şüarları səsləndirəcək.

 

DAA prezidenti qətliamın Almaniya mətbuatında da işıqlandırılacağını deyib:

“Bu məsələlər mütləq dünya mətbuatında işıqlandırılmalıdır ki, Avropa toplumu Sarkisyanın cinayətkar rejiminin nələrə qadir olduğunun bir daha şahidi olsun”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama