Modern.az

Azərbaycan diasporu "Dağlıq Qarabağ" təmsilçisi Hovanes Gevorkyanın Fransanın TV 5 Monde kanalındakı çıxışına cavab verdi

Azərbaycan diasporu "Dağlıq Qarabağ" təmsilçisi Hovanes Gevorkyanın Fransanın TV 5 Monde kanalındakı çıxışına cavab verdi

Aktual

6 İyul 2017, 14:35

Qarabağda iyulun 4-də baş vermiş qanlı hadisələrlə bağlı və eləcə də özünü qondarma “Dağlıq Qarabağ » təmsilçisi kimi təqdim edən Hovanes Gevorkyanın  iyunun 22-də Fransanın TV 5 Monde telekanalındakı çıxışına etiraz olaraq Fransada fəaliyyət göstərən Azərbaycan Evi  Bəyanat yayıb.

Modern.az həmin bəyanatı təqdim edir:

"Baş Direktor cənab İv BİQO-nun  və İnformasiya Departamentinin Direktoru cənab Andre QRETTENAND –ın nəzərinə:

Cənablar,

Bu müraciətimlə 22 iyun 20017-ci il tarixdə özünün Fransada «Dağlıq Qarabağın nümayəndəsi» kimi təqdim edən Hovanes Gevorkyanın iştirakı ilə «TV5 Monde» telekanalında « 64 dəqiqə, Frankofoniya» verilişində efirə getmiş reportaja münasibətimi bildirirəm .

Sizin üçün dəqiqləşdirmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi 80-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları nəticəsində başlamış və Azərbaycan ərazilərinin qanunsuz olaraq Ermənistan tərəfindən işğalına gətirib çıxarmışdır.

Dağlıq Qarabağ 1991-ci ilin sentyabrında keçirilmiş və nə Azərbaycan hakimiyyəti və Azərbaycan xalqı tərəfindən, nə də ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan mübahisəli bir referendum nəticəsində « müstəqil respublika» elan olunmuşdur. Ermənistanın özü də daxil olmaqla heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımamışdır. Etnik təmizləmə ilə müşahidə olunmuş bu qanlı münaqişə minlərlə insanın qaçqın və didərginə çevrilməsinə səbəb olmuşdur ki, bu gün Azərbaycan hakimiyyəti onların problemlərinin həlli ilə məşğuldur. 106-sı qadın və 63-ü uşaq olmaqla 613 nəfər mülki şəxsin vəhşicəsinə qətli və minlərlə sakinin əsirə çevrilməsi ilə nəticələnmiş Xocalı qırğını buna gözəl misaldır.

Regionda sülh yaratmaq və Dağlıq Qarabağ münaqişəsini həll etmək məqsədi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 1992-ci ildə Fransanın, Rusiyanın və Birləşmiş Ştatların həmsədrliyi ilə Minsk Qrupunu yaratmışdır. Amma Ermənistan bu günə qədər bu münaqişəin həlli istiqamətində bütün danışıqlardan yayınır.

Həmçinn Avropa Şurası Parlament Assambleyası və ATƏT ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Birləşmiş Millətlər Təşkilatı da bu işğalı qanunsuz hesab edir. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə (n° 822, 853, 874,884) Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını pisləyir və Azərbaycanın suverenliyini və onun ərazi bütövlüyünü bir daha təsdiqləyir. Bu qətnamələr işğalçı qüvvələrin dərhal və bütünlüklə işğal olunmuş Azərbaycan torpaqlarından heç bir şərt irəli sürmədən geri çəkilməsini tələb edir.

Münaqişənin əvvəlindən bəri Fransada faktların yalnız bir versiyası təqdim olunmuşdur və biz təəssüf edirik ki, Dağlıq Qarabağın öz doğma torpaqlarından qovulmuş azərbaycanlı icması tamamilə görməzliyə vurulur.

Azərbaycan əsilli fransız olaraq mən özüm bu hərbi işğaldan canı qurtulmuşlardan və həmin işğal olunmuş rayonlardan qaçqın düşmüşlərdən biri kimi öz adımdan, Dağlıq Qarabağın azərbaycanlı icması adından  və eləcə də bir milyonluq qaçqın və didərginin adından Hovanes Gevorkyanın sizin verilişinizdəki çıxışına etiraz edirəm.

 

Biz çox inanırıq ki, sizin kanal Azərbaycan tərəfə də öz mövqeyini ifadə etmək imkanı verəcək və mən Ermənistandan, Dağlıq Qarabağdan və Azərbaycanın digər bölgəlrindən qovulmuş qaçqın və köçkünlərin, həmçinin hərbi təcavüzün qurbanına çevrilmiş bütün  azərbaycanlıların nümayəndəsi kimi onları təmsl etməyə hazıram.

 

Təəssüflər olsun ki, mülki əhaliyə qarşı təcavüz hər gün davam edir və Ermənistan Respublikasının silahlı qüvvələrinin bu günlərdə,  iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini hədəf seçərək insan ölümü ilə nəticələnmiş yeni hərbi provokasiyası buna misaldır. Bu sonuncu təxribat zamanı 2 yaşlı körpə qızcığaz və onun nənəsi öldürülmüş, digər bir mülki qadın yaralanmış və çoxlu sayda mülki obyektlərə ziyan vurulmuşdur.

 

Sizə səmimi salamlarımı və xoş münasibətlərimi yetirərək, ümid edirəm ki, sizinlə üzbəüz görüşüb fikirlərimi bölüşmək imkanım olacaq.

           

Səmimiyyətlə, 

Mirvari FƏTƏLİYEVA

Azərbaycan Evinin Prezidenti"

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama