Modern.az

“Borçalı” erməni vandalizmini dünyaya bəyan etdi  

“Borçalı” erməni vandalizmini dünyaya bəyan etdi   

Aktual

6 İyul 2017, 17:50

“Borçalı” İctimai Birliyi işğalçı Ermənistan ordusunun iyulun 4-də Füzuli rayonu ərazisində törətdiyi təxribat və qanlı cinayətlərlə əlaqədar bəyanat yayıb.

Diaporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, bəyanatda deyilir:

 

“Borçalı” İB işğalçı Ermənistan ordusunun 2017-ci il iyulun 4-də cəbhə xəttində yaratdıqları təxribatı zamanı mülki əhalinin həlak olmasını qətiyyətlə pisləyir, bunu Ermənistanın Azərbaycan ərazilərinin işğalının davam etdirmək, sülh siyasətinə, eləcə də, Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altına salmaq cəhdi kimi qəbul edir və bu addıma qəti etirazını bildirir.

İyulun 4-də ermənilərin cəbhə xəttində törətdiyi təxribatın bir daha gürcü ictimaiyyətinə çatdırıldığı bəyanatda bildirilir ki, cəbhədə baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi və işğalçı siyasi rəhbərliyinin üzərinə düşür.

Daha sonra bəyanatda qeyd olunur ki, XXI əsr 2017-ci ilin bəşər tarixinin qloballaşan bir dövründə iki yaşlı uşağın və mülki şəxslərin öldürüldüyünü gördüyümüzdə ikinci dəfə Xocalı soyqırımını yaşamış olduq: “ATƏT-in Minsk qrupunun həmsədrləri, bu quruma üzv olan ölkələr, eləcə də, vasitəçilik missiyasını daşıyanlar bu məsələyə kəskin münasibət bildirməlidirlər. AŞPA və beynəlxalq qurumlarda insan hüquq və azadlıqları, uşaq hüquqlarının, eləcə də demokratiya və söz azadlığının müdafiəsinə qalxanlar, erməni qəsbkarlarının törətdiyi vəhşiliyə, iki yaşılı uşağın və mülki şəxslərin qətlə yetirilməsinə yenə də laqeyd yanaşırlar. Bu cür ikili siyasətin nəticəsidir ki, ermənilərin Qarabağ müharibəsində dinc insanlara, xüsusilə uşaqlara qarşı törətdiyi vəhşiliklər atəşkəs dövründə də davam edir. Cəbhəyanı ərazilərdə yaşayan insanların, xüsusilə körpə uşaqların həyatı üçün ciddi təhlükə yaranır, bəzi hallarda isə onlar həlak olurlar”.

Gürcüstanda yaşayan azərbaycanlı gənclər işğalçı Ermənistanı atəşkəs rejimini pozmamağa və işğal etdikləri Azərbaycan torpaqlarını qeyri şərtsiz azad etməyi tələb edir və beynəlxalq ictimaiyyətə də bizim tələbimizi dəstəkləməyə dəvət edirlər: “Biz Gürcüstanda yaşayan azərbaycanlı gənclər hər zaman dünyada və regiondakı işğalçılığı qınayır Azərbaycanın işğal edilmiş 20 faiz torpaqlarının sülh yolu ilə azad olunacağı günü gözləyirik”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama