Sankt-Peterburqun cənubunda anqarda yanğın baş verib.
Modern.az-ın məlumatına görə, RF Fövqəladə Hallar Xidmətinin Sankt-Peterburq üzrə rəhbəri bildirib ki, yanğının qonşu anbara keçməsi təhlükəsi var.
Onun sözlərinə görə, hazırda intensiv yanğın davam edir.
Hadisə yerinə 26 texnika və 100-dən artıq canlı qüvvə cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.
Anqarda lak-boya məhsulu olduğu bildirilib.
Modern.az