Modern.az

Zəhranın ölümü ilə bağlı Küveyt əmirinə məktub ünvanlanacaq

Zəhranın ölümü ilə bağlı Küveyt əmirinə məktub ünvanlanacaq

Aktual

6 İyul 2017, 19:00

Ermənistan silahlı qüvvələrinin Füzuli rayon Alxanlı kəndindənki təxribatına etiraz olaraq "Vətənsevər" cəmiyyəti bir neçə yerə məktub ünvanlayacaq".

 

Bunu Modern.az-a açıqlamasında Küveytdə fəaliyyət göstərən "Vətənsevər" Cəmiyyətinin rəhbəri Könül Hacızadə deyib:

"Bu gün öz elektron poçt adresimdən Küveyt parlamentinə, o cümlədən ölkənin hakimi Şeyx Sabah əl-hməd əl-Cabil əs-Sabaha məktub ünvanlayacam. Ermənilərin son təxribatı ilə bağlı məlumatı ərəb dilində qeyd etdiyim yerlərə göndərəcəm. Hazırda Bakıda olduğum üçün hadisə ilə əlaqədar Küveyt mətbuatında hər hansı məlumat getməyib. Lakin "Vətənsevər" cəmiyyətinin rəhbəri olaraq Küveytdə tanıdığım mətbuat nümayəndələri ilə əlaqə yaradıb, onları məlumatlandıracam və Quliyevlər ailəsinin başına gələn faciənin işıqlandırılmasına çalışacam"

 

Günay RƏSULQIZI

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama