Bu gün Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev Böyük Vətən müharibəsi veteranları ilə görüşüb. Modern.az-ın məlumatına görə, görüş zamanı səslənən problemlərin həll edilməsi üçün adiyyatı şəxslərə tapşırıq verilib.
Tədbir 9 may tarixində Böyük Vətən Müharibəsi veteranlarının Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşmək istəkləri ilə bağlı müraciətləri əsasında baş tutub. İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə təşkil edilən tədbirdə veteranlar öz problemlərindən bəhs ediblər. Bildirilib ki, hazırda Cavad Xan küçəsi və Nəriman Nərimanov prospekti daxil olmaqla şəhərin bəzi küçələrinin asfaltlanmasına ehtiyac var. Həmçinin yaşıyış binları və mənzillərin dam örtüklərinin bərbad olması da vurğulanıb. Veteranlar içməli suyun daimi gəlməmədən gileyləniblər.
Veteranları dinləyən icra başçısı şəhərin yenidən rekonstruksiya olunmasıyla Gəncədə bərbad vəziyyətdə olan küçə və prospektlərin keşmişdə qalacağını qeyd edib. Dam örtüklərinin isə dəyişdirilməsinə artıq start verildiyini bildirib.
“O ki, qaldı su, qaz, işıq bir sözlə komunal xidmətlərin yaratdığı problemlərə, bunların həlli isə beynəlxalq təcrübəyə dayanaraq reallaşdırılacaq” deyən Elmar Vəliyevin sözlərinə görə, Gəncə hər ötən gün müassirləşsə də, bir sıra çatışmayan nüanslar hələ də qalmaqdadır.
Çünki şəhərin su, kanalizasiya, qaz boru xətləri vaxtında düzgün qurulmayıb. Buna görə də yeni boru xətləri yerin alt qatıyla çəkiləcək.
Qeyd edək ki, görüş zamanı 3500-dən artıq işıqlandırma dirəklərinin yenilənəcəyi bildirilib. İcra başçısı müharibə veteranının maliyə çətinliklərinin həll edilməsi üçün tapşırıq da verib. İşsizlikdən şikayətlənən bəzi veteranlarsa, ailəsində işləmək qabiliyyətli şəxsələrin sabahdan etibarən İcra Hakimiyyətinə müraciət etmələri üçün təlimatlandırılıb.
Xaliq Qurbanov
Gəncə