Modern.az

Yayın ən həmrəy düşərgəsi başladı: "SAY: Solidarity"

Yayın ən həmrəy düşərgəsi başladı: "SAY: Solidarity"

1 İyul 2017, 15:00

Yayın ən böyük layihələrindən biri olan “SAY: Solidarity” layihəsi başlayıb. 

 

Modern.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra dövlət rəsmiləri-  “İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edib. Çıxış edən İslam Rzayev seçilən gəncləri Balakən rayonunda görməkdən şad olduğunu vurğulayıb. Gənclərin Balakənə gətirilməsi fikrini irəli sürən MirHəsən Seyidova təşəkkürünü bildirib. İslam Həmrəyliyi ilində gənclərin həmrəy olaraq birləşəcəyi layihənin uğurlu alınacağını, gənclərin belə layihələrdə iştirakının vacibliyini vurğulayıb və uğurlar arzulayıb.

 

 Çıxış edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov hər zaman dövlət siyasətini dəstəklədiklərini qeyd edib. Təşkilat olaraq hər il Gənclər paytaxtı seçilən regionda böyük layihələr həyata keçirərək gənclər arasında əlaqələrin genişlənməsindən və bunun gələcəkdə verəcəyi müsbət nəticələrdən danışıb. İnformasiya müharibəsində də bu kimi layihələrin müsbət cəhətlərini vurğulayıb.

 

 “İRƏLİ” İctimai Birliyi uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub. Açıq hava şəraitində qurulmuş yaşayış  çadırlarında qalacaq olan gənclər müxtəlif istiqamətlər üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə edəcəklər. Maarifləndirici əhəmiyyət daşıyan bu layihədə ekspertlərlə görüşlər, təlim və seminarlar keçiriləcək, həmçinin bunlarla paralel olaraq gənclər bir sıra sosial, idman və intellektual yarışma yönümlü fəaliyyətlərdə yer alacaqlar.

 

Support of Azerbaijan Youth (SAY): Gənclərin Həmrəylik Düşərgəsi layihəsi, “İRƏLİ” İctimai Birliyinin SAY hərəkatı adı altında reallaşdıracağı 5-ci layihə olacaqdır. Bundan öncə “SAY: Könüllülük akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volfest” layihələri baş tutub. Adı çəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi və onların hərtərəfli formalaşmasına şərait yaratmaq idi.

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam Həmrəylik” ili kimi qeyd olunur. Məhz bu səbəbdən “İRƏLİ” İctimai Birliyi bu dəfə gəncləri “həmrəylik” adı altında toplayır. SAY:Gənclərin Həmrəylik Düşərgəsi layihəsi Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərin və yaşıl “düşüncənin” formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq əsas məqsəd olaraq müəyyən edilib. Reallaşdırılan layihə çərçivəsində ümumilikdə 100-dən artıq gənc iştirak edir. Layihə   2017-ci il İslam Həmrəyliyi ilinə dəstək istiqamətindədir.

 

Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə, Azərsun Holdinq, Səmti Müəyyənetmə Federasiyasının təşkilati dəstəyi, Trend.az, Milli.az, Day.az xəbər portallarının informasiya dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda, 30 iyun tarixindən etibarən keçirilir.

 

Modern.az

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...