Modern.az

AŞPA həmməruzəçiləri birgə bəyanat yaydılar

AŞPA həmməruzəçiləri birgə bəyanat yaydılar

7 İyul 2017, 15:39

Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Alan Meale və Cuzeppe Galati  və Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda iyulun 4-də  Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş düşmənin təxribatı haqda birgə bəyanat yayıblar.

Modern.az-ın məlumatına görə, həmməruzəçilər bəyanatda tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağa çağırıblar.

 

Həmməruzəçilər münaqişənin hərbi yolla həllinin olmadığını qeyd ediblər. Onlar münaqişənin bütün qurbanlarının ailələrinə başsağlığı veriblər.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama