ATƏT Parlament Assambleyasının (PA) sədri Petros Eftimiun Bakıya gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.
ATƏT PA-nın sədri Petros Eftimiun jurnalistlərə deyib ki, Azərbaycan regionun aparıcı dövlətlərindən biridir. Səfərimin əsas məqsədi bu ölkə ilə təhlükəsizlik, iqtisadi, ekoloji, insan hüquqları və demokratiya sahəsində, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaqdır.
Petros Eftimiun Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaq.
ATƏT PA-nın sədri Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını da ziyarət edəcək.
Modern.az