Modern.az

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər? (V yazı)

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər? (V yazı)

12 May 2011, 11:45


Azərbaycanda hər il elmi dərəcə alanların sayının artdığını nəzərə alaraq deyə bilərik ki, indi elmi dərəcə almaq hər bir ali təhsilli üçün əlçatan olub. O cümlədən də Milli Məclisin deputatları üçün. Modern.az saytı Milli Məclisin deputatlarının hansı elmi adlara malik olduğunu araşdırır.

Ötən həftələrdə parlamentin Mədəniyyət, Aqrar siyasət, Sosial siyasət, Regional məsələlər komitələrinin üzvü olan deputatlardan kimlərin elmi ada malik olduğunu araşdırıb oxuculara məlumat vermişdik.

Bu dəfə Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin hansı elmi ada sahib olduqlarını öyrənməyə çalışdıq.

Qeyd edək ki, Elm və təhsil komitəsi üzvlərinin sayına görə parlamentin ən böyük komitəsidir,  14 deputatdan ibarətdir. Burada əsasən universitet rektorları birləşiblər. Komitənin sədri Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, sədr müavini isə BDU-nun kafedra müdiri Bəxtiyar Əliyevdir. Komitənin üzvləri BDU-nun rektoru Abel Məhərrəmov, Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyə Naxçıvanlı, BDU-nun kafedra müdiri Asəf Hacıyev, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, BDU-nun müəllimi Kamilə  Əliyeva, Tibb Universitetinin prorektoru Rafiq Məmmədhəsənov, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, YAP-ın icra katibi Əli Əhmədov və BDU-nun müəllimi Musa Qasımlıdır.

Modern.az saytının araşdırması zamanı məlum olub ki, Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev 1999-2001-ci illərdə T.Şevçenko adına Kiev Milli Universitetin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olub. 2001-ci ilin iyun ayında həmin institutda "Azərbaycanın xarici iqtisadi strategiyasının formalaşması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. "Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə iqtisad elmləri doktoru alimlik dərəcəsini alıb.

Komitə sədrinin müavini Bəxtiyar Əliyev psixologiya elmləri doktorudur, 2007-ci ildən fəlsəfə ixtisası üzrə Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

Komitə üzvülərinin də hamısının elmi adı var. Ağacan Abiyev texnika elmləri namizədi, professordur. Gövhər Baxşəliyeva filologiya elmləri doktoru, professordur. Əli Əhmədov isə fəlsəfə elmləri namizədi, professordur.  Kamilə Əliyeva psixologiya elmləri namizədi, dosentdir.

Asəf Hacıyev fizika-riyaziyyat elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

İsa Həbibbəyli filologiya elmləri doktoru, professordur. 2003-cü ildə ədəbiyyatşünaslıq üzrə AMEA-nın həqiqi üzvü seçilib.

Musa Qasımlı tarix elmləri doktoru, professorudur.

Abel Məhərrəmov  1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyası  müdafiə edib, professorudur. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü (akademik ) seçilib.

Rafiq Məmmədhəsənov tibb elmləri doktoru, professordur. Gülçöhrə Məmmədova texniki emlər doktorudur. Aqiyə Naxçıvanlı fəlsəfə elmlər namizədi, siyasi elmlər doktorudir.

Əhməd Vəliyev fizika riyaziyyar elmləri doktoru, professordur.

Sırada digər komitənin üzvləridir...

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj