Modern.az

Jurnalist Prezidentə müraciət etdi: "215 saylı orta məktəbdə korrupsiya fakti var"

Jurnalist Prezidentə müraciət etdi: "215 saylı orta məktəbdə korrupsiya fakti var"

12 May 2011, 12:03

Hərbi jurnalist, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli (Məmmədov) Bakı şəhəri Sabunçu qəsəbəsindəki 215 saylı orta məktəbdəki korrupsiya fakti ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Bu barədə Modern.az saytına C.Sümərinlinin özü məlumat verib. Jurnalistin müraciətində bildirilir:

“Salam cənab Prezident!

Mən Sizi korrupsiya faktına görə narahat edirəm. Övladlarım Sabunçu qəsəbəsindəki 215 saylı orta məktəbdə təhsil alırlar.

Bu ilin aprelindən başlayaraq məktəb rəhbərliyi valideynlərdən təmir adı altında 5-7 manat civarında pul almağa başlayıb. Proses hazırda davam edir. Artıq bir çox valideynlər pul veriblər.

Nəzərinizə çatdırım ki, 215 saylı orta məktəbin adı Sizin imzaladığınız "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək tədbirlərin obyektidir (2.8.72. maddə).

Belə olan halda pul niyə yığılır? Bu sual hamını düşündürür.

Valideynlərdə böyük narazılıq var. Bu Sizin elan etdiyiniz korrupsiyaya qarşı hamılıqla mübarizə strategiyasına uyğun deyil. Xahiş edirəm bu özbaşınalığın durdurulmasına və yığılmış pulların valideynlərə qaytarılmasına göstəriş verəsiniz.

Dəstəyinizə ehtiyac duyuruq!!!

Hörmətlə
Cəsur Məmmədov (Sümərinli)”.

Jurnalis deyir ki, eyni müraciətlə Təhsil Nazirliynin “qaynar xətti”nə də ([email protected]) müraciət edib. Nazirlikdən də bu qanunsuzluğun durdurulmasını istəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi