Modern.az

Baş Prokurorluq Qorbaçovu şahid qismində dindirmək üçün Rusiyaya müraciət edib

Baş Prokurorluq Qorbaçovu şahid qismində dindirmək üçün Rusiyaya müraciət edib

Təhsil

12 May 2011, 12:12

Litva Baş Prokurorluğu SSRİ-nin keçmiş prezidentini 1991-ci il hadisələri ilə bağlı şahid qismində dindirmək niyyətindədir. Modern.az “Exo Moskvı” radiosuna istinadən bildirir ki, Litva tərəfi artıq müvafiq sorğu ilə Rusiya tərəfinə müraciət edib.

Litva rəhbərliyi “Vilnus hadisələri” ilə yaddaşlara köçən 13 yanvar 1991-ci il hadisələri ilə bağlı Qorbaçovu istintaqa çağırmaqda hüquqi yardım göstərmək üçün Moskvaya müraciət edib. İstintaqı ötən il bu məqsədlə yaradılmış qrupa daxil olan beş prokuror aparır.

Qeyd edək ki, 90-cı illərin əvəvlərində Litva Seyminin ölkənin müstəqilliyini elan etməsi SSRİ-nin ora qoşun yeritməsi ilə nəticələnib. Nəticədə sovet ordusu dinc əhaliyə atəş açıb. 14 nəfər həlak olub, 600 nəfər isə yaralanıb.

Analoji hadisə 1990-cı ildə Azərbaycanda da baş verib. SSRİ rəhbərliyinin Qarabağ hadisələrində tutduğu ermənipərəst mövqeyə etiraz edən azərbaycanlılara rus ordusu yanvar ayında divan tutub. Bakıya, Gəncəyə, Lənkərana və Nefçalaya yeridilən sovet ordusu qanlı qırğınlar törədib. Nəticədə Bakıda 134 nəfər həlak olub, minlərlə insan yaralanaraq əlil olub. Bakıya qoşun yeridilməsi və fövqaladə vəziyyət elan edilməsi barədə fərmanı Mixail Qorbaçov imzalayıb. Azərbaycan dəfələrlə SSRİ prezidentini bununla bağlı açılmış cinayət işində dindirmək cəhd etsə də buna nail ola  bilməyib.   

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular