Modern.az

Senator Bin Ladenin şəklindən şoka düşüb: “Onun beyni dağılmışdı...”

Senator Bin Ladenin şəklindən şoka düşüb: “Onun beyni dağılmışdı...”

Təhsil

12 May 2011, 12:22

Amerikalı respublikaçı senator Jeyms İnhof öldürülmüş Usamə Bin Ladenin cəsədi əks olunmuş 15-ə qədər şəkli gördüyünü bəyan edib. Modern.az xəbər verir ki, senator CNN-ə müsahibəsində bu barədə danışıb və şəkilləri çox “iyrənc” adlandırıb.

Senator deyib ki, şəkillərdə başından güllələnmiş Bin Ladenin beyninin dağılaraq kənara axmasını görüb və “1 nömrəli terrorçunun”qulağı ətrafında böyük bir güllə yarası müşahidə edib.
“Bu o idi. O daha yoxdur. O tarixə çevrildi”-deyə Oklohama ştatının senatoru vurğulayıb. CNN bildirib ki, şəkillərin çoxu Bin Ladenin öldürüldüyü malikanəsində çəkilib. 3 şəkil isə ABŞ-a məxsus helokopterin bortunda çəkilib. 

Xatərladaq ki, ABŞ prezidenti Barak Obama “Əl-Qaidə” liderinin cəsədi əks olunmuş fotoşəkillərin senatorlara təqdim etməyə hazır olduğunu bildirmişdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular