Modern.az

Beynəlxalq Türk Akademiyasının prezidenti 2 yaşlı Zəhranın qətlini pislədi

Beynəlxalq Türk Akademiyasının prezidenti 2 yaşlı Zəhranın qətlini pislədi

Aktual

8 İyul 2017, 13:42

Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırali Fwzuli rayonunun Alxanlı kəndində mülki vətəndaşlara qarşı zorakılıq aktını pisləyən bəyanatla çıxış edib.


Modern.az-ın məlumatına görə, Darxan Kıdırali bildirib ki, Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağdakı münaqişə çərçivəsində ağır silahlarla mülki əhaliyə qarşı hücumlar etməsi, beynəlxalq humanitar hüquqa və insani dəyərlərə ziddir.

“Ona görə də dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə səssiz qalmamalıdır. Biz münaqişənin ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, beynəlxalq hüququn əsas prinsipləri, BMT-nin qəbul etdiyi qətnamələr əsasında tezliklə həll edilməsini dəstəkləyirik. Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, xain hücumda həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama