Daxili İşlər Nazirliyi Azərbaycanın müxtəlif rayonlarında 3 azyaşlı uşağın bədbəxt hadisələr nəticəsində öldüyü barədə məlumat yayıb.
Belə ki, Bərdə rayonunun Şahvəllər kənd sakini 14 yaşlı Təbriz Mahmudov yelləncəkdə oynayarkən kəndirin boğazına dolaşması nəticəsində boğulub.
Biləsuvar şəhəri ərazisində təzə tikilmiş evlərdən birində yaşayan 2 yaşlı Səfurə Şahbazova həyətlərində oynayarkən yerdən götürdüyü daşı udduğundan boğulub.
Zaqatala rayonunun Yolayrıc kənd sakini 2 yaşlı Şahzadə Seyidova isə həyətlərindəki su quyusuna düşərək ölüb.
Modern.az