Modern.az

Ağdam sakini odlu silahla intiara cəhd edib

Ağdam sakini odlu silahla intiara cəhd edib

Aktual

9 İyul 2017, 11:22

Ağdamda 48 yaşlı kişi intihara cəhd edib.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Əfətli kəndində baş verib.

 

Kənd sakini Səfərov Elşad Əfqan oğlu həyətində özünə odlu silahla atəş açaraq intihara cəhd edib. Yaxınları E. Səfərovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, hazırda E.Səfərov cərrahiyyə şöbəsində əməliyyat olunur, vəziyyəti orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama