Rusiya regionda yaranan hazırkı situasiya nəzərə alınaraq, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin mandatına yenidən baxılmasını zəruri sayır.
Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin və Rusiya Federasiyası Şurasının üzvü Nikolay Juravlev bildirib.
N. Juravlev ATƏT PA-nın KİV azadlığı üzrə yeni nümayəndənin seçiminə məsuliyyətlə yanaşmağa da çağırıb.
Modern.az