İyulun 10-dan etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq.
Bu barədə “Azəravtoyol” ASC-dən Modern.az-a verilən məlumata görə, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraqMasazır-Novxanı yolundan istifadə edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir.
Gülşən RAUFQIZI