Modern.az

«Jurnalistlər üçün hüquqi terminlər lüğəti» təqdim olundu

«Jurnalistlər üçün hüquqi terminlər lüğəti» təqdim olundu

Təhsil

12 May 2011, 14:22

«Jurnalistlər üçün hüquqi terminlər lüğəti» kitabının yeni nəşri çapdan çıxıb. Bu münasibətlə Baş Prokurorluğunun, Mətbuat Şurasının və Azərbaycan Hüquqşünaslar Assosiasiyasının birgə təşəbbüsü ilə Beynəlxaql Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, «Hüquq ədəbiyyatı» nəşriyyatında çapdan çıxmış kitab ilk dəfə 2005-ci ildə nəşr olunub. Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin rəis müavini, mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, kitabda Azərbaycan Konstitusiyası, cinayət, cinayət-prosesual, əmək, mülki, inzibati xətalar məcəllələri yer alıb. Nəşrdə, həmçinin jurnalistlər üçün vacib sayıla biləcək qanunlar da öz əksini tapıb.
“Bununla yanaşı, mətbuatda dərc olunan yazılarda hüquqi terminlərdən istifadə zamanı yol verilən bəzi səhvlər də ümumi olaraq göstərilib”.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynli sözügedən nəşrin hazırlanmasını yüksək qiymətləndirib. Ə.Hüseynli deyib ki, hüquqi nəşrlər seriyasından “Müasir Hüquq Ensiklopediyası”nın hazırlanması işinə başlanılıb.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev bu təşəbbüsü nümunə hesab edərək, digər dövlət qurumlarının da bu istiqamətdə addım atmasını məqsədəuyğun saydığını deyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, rəhbərlik etdiyi qurum “Jurnalistin kitabxanası” seriyasından nəşrlər hazırlamağı planlaşdırı.

Qeyd edək ki, «Jurnalistlər üçün hüquqi terminlər lüğəti»nin təkrar nəşrinə səbəb ona əyani vəsait kimi media təmsilçilərinin artan tələbatıdır. Nəşrin kütləvi informasiya vasitələrinin redaksiyalarına və jurnalist birliklərinə pulsuz paylanması nəzərdə tutulur.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular