Türk Törə Ocağının “San yarlığı” mükafatının laureatları müəyyənləşdirilib. Beynəlxalq Mahmud Kaşqari Fondunun və Türk Törə Ocağının birgə mükafatı olan “San Yarlığı”nın laureatları Bilgələr Gənəşi (Ödül Komissiyası) tərəfindən müəyyənləşdiirlir. Ödül komissiyasına Elçin Hüseynbəyli (Türk Dünyası ədəbiyyat dərgiləri Konqresinin baş katibi), Elxan Zal (Türk Törə Ocağı başqanı), prof.dr.Nizami Cəfərov (Azərbaycandakı Atatürk mərkəzinin müdiri), Yaqub Dəliöməroğlu (Avrasya Yazarlar Birliyinin başqanı), Omar Sultanov (Qırğızıstan Yazarlar Birliyinin sədri), Ulukbəy Orazbayulı (Qazaxctan, Yıldız” jurnalının baş redaktoru), dr. Leniara Selimova (Krım) daxıldir.
Komissiyanın başqanı, tanınmış yazıçı Elçin Hüseynbəylinin Modern.az saytına bildirdiyinə görə, bu il ödül dövlət müstəqilliyimizin 20 illiyi ilə bağlı, Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş insanlara veriləcək
Laureatlar mayın 17-də, saat 12.00-da, Azərbaycanda Atatürk mərkəzində elan ediləcək.
Modern.az