Modern.az

Gəncənin bazarını bağladılar...

Gəncənin bazarını bağladılar...

Təhsil

12 May 2011, 15:20


Ölkənin ikinci böyük şəhəri olan Gəncədəki bazarı bağlayıblar. Modern.az saytının məlumatına görə, şəhərdki Dəmiryol Vağzalının yaxınlığında yerləşən “Nəhəng Dağ” MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının satıldığı bazarın fəaliyyəti tamamilə dayandırılıb. Səbəb isə bazarın sanitar qayda və normalara cavab verməməsi olub.
“Nəhəng Dağ” MMC-ə məxsus bazar Gəncə şəhər Gigyena və Epidemiologiya Mərkəzinin və Gəncə şəhər Baytarlıq İdarəsini əməkdaşlarının iştirakı ilə tamamilə boşaldılıb. Adıçəkilən bazarın giriş və çıxışlarına möhür vurulub.
Ərazidə ticarətlə məşğul olanlar müvəqqəti olaraq bir müddət bazardan bayırda fəaliyyət göstərməli olacaq. Aparılan proflaktik tədbirlər zamanı bazara bitişik olan dükanların fəaliyyəti də dayandırılıb. Gəncə şəhər Gigyena və Epidemiologiya Mərkəzindən Modern.az-a bildirilib ki, aparılan yoxlamalar zamanı bazarda əsaslı təmirə və infrastruktrun  yenidən qurulmasına ciddi ehtiyac olması üzə çıxıb.
Məlumatda deyilir ki, ərazidə çardaq qurulmayıb, bazarın su-kanalizasiya sistemində qüsurlar var. Bundan əlavə, bazarın ümumi sanitar vəziyyəti tələblərə cavab vermir.
Bazarda əsaslı təmir işləri aparıldıqdan, qayda-qanun yaradıldıqdan sonra onun fəaliyyətinə icazə veriləcək. Aparılan monitorinq zamanı üzə çıxan neqativ hallara görə bazar rəhbərliyinə qarşı heç bir maliyyə sanksiyasının tətbiq olunmayacağı da bildirilib. 
Qeyd edək ki, bazar həm də təhlükəli olmağı ilə seçilir. Belə ki, öz məhsullarını satmaq üçün dəmir yolu xəttlərinin üzərinə çıxan satıcılar həm öz həyatları, həm də digərlərinin həyatı üçün təhlükə yaradırlar. Bədbəxt hadisələrlə nəticələnə biləcək belə halların gələcəkdə aradan qaldırılması üçün bazar rəsmilərinə və əraziyə cavabdeh olan hüquq-mühafizə əməkdaşlarına xəbərdarlıq edilib.




Xaliq Qurbanov
Gəncə

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular