Modern.az

Altı ayda Azərbaycana 3483 ədəd avtomobil gətirilib  

Altı ayda Azərbaycana 3483 ədəd avtomobil gətirilib   

Aktual

10 İyul 2017, 14:23


2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana ümumilikdə 3483 ədəd avtomobil idxal olunub.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayında 910 ədəd və ya 35,37 faiz artım olub.

 

Ölkəyə gətirilən avtomobillərin 55 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2971 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 416 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 41 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama