Modern.az

MSŞT Koalisiyası Milli Məclisə etiraz etdi

MSŞT Koalisiyası Milli Məclisə etiraz etdi

12 May 2011, 16:49

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası “naməlum” şirkətlərlə bağlanmış sazişlərlə bağlı bəyanat yayıb

06 may 2011-ci ildə Azərbaycan Respublikası Milli Məcliisi neft yataqlarının istismarı üzrə daha 2 hasilatın pay bölgüsü sazişi təsdiq edidib. Bu saişlərdən biri “Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında, ikincisi isə “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında”  ARDNŞ, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) arasında imzalanıb. 
İkinci saziş layihəsinin  müzakirəsi zamanı məlum olub ki, kontraktda 75 faiz paya malik olan  UQE-LANSER PTİ.LTD şirkətinin mötəbərliliyi şübhə doğurur. Belə ki, bu şirkətin  yaradıcıları, mülkiyyət mənsubiyyəti, fəaliyyət sahəsi və istiqamətlərinin müəyyənləşdirilməsi istiqamətində vətəndaş cəmiyyəti tərəfindən aparılmış araşdırmalardan, jurnalist axtarışlarından nəticə hasil olmayıb.
“Ortadakı arqumentlərin bu qəbilədən olan, qeyri-şəffaf və qapalı fəaliyyət göstərən şirkətlərə ali qanunvericilik orqanı tərəfindən Azərbaycanın neft yataqlarının işlənməsi səlahiyyətinin verilməməsi üçün yetərli  olmasına baxmayaraq Milli Məclisin yekdilliklə “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” kontraktı ratifikasiya etməsi  Koalisiya üzvləri tərəfindən təəssüflə qarşılanmışdır”-deyə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası bəayn edib. Qurum hesab edir ki, bu tip kontraktların ratifikasiya edilməmişdən əvvəl ictimai müzakirəsinin keçirilməməsinin artıq ənənəyə çevrilməsi isə ictimaiyyət qarşısında hesabatlılığa etinasiz münasibətin göstəricisidir.

 Bu istiqamətdə bəzi millət vəkillərində yaranmış narahatçılığı bölüşən, sıralarında 150-dək QHT-ni birləşdirən  “Mədən sənayesində şəffaflığın artırılması”  (MSŞA) QHT Koalisiyası neft yataqlarının istismarı üzrə son bir neçə kontraktın ofşor zonalarda qeydiyyatdan keçən,  investisiya vəsaitinin  mənbəyi bəlli və aşkar olmayan şirkətlərlə imzalanmasina  qəti etiraz edir.

“Bu cür sazişlər Azərbaycan xalqının sərvətinin mənimsənilməsinə yol açır. Koalisiya     Azərbaycan vətəndaş cəmiyyəti instutularını və medianı onunla eyni mövqedən çıxış edərək həmrəylik nümayiş etdirməyə və eyni zamanda əlaqədar orqanları  yaranmış vəziyyətlə bağlı geniş izahat verməyə dəvət edir”-deyə bəyanatda bildirilib.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal