İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinə hücumu və mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayət İtaliya mətbuatında geniş işıqlandırılıb.
Ölkənin “Agenzia Nova” xəbər agentliyi mütəmadi olaraq mövzu barədə məlumatlar yayımlayıb, məlumatlarda baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin bəyanatları, İtaliya parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Sercio Divinanın Ermənistan silahlı qüvvələrinin Azərbaycan vətəndaşlarını hədəfə almasını pisləyən açıqlamaları öz əksini tapıb:
//www.agenzianova.com/a/595cb837946e04.38895621/1601218/2017-07-05/nagorno-karabakh- ministero-difesa- azero-nuova- provocazione-armena- sulla-linea-del- fronte
//www.agenzianova.com/a/595cbe83d32748.28039030/1601219/2017-07-05/nagorno-karabakh- ministero-difesa- azero-nuova- provocazione-armena- sulla-linea-del- fronte-2
İtaliyanın nüfuzlu KİV-lərindən olan “L’Opinione” qəzetində də Ermənistanın ölkəmizə qarşı yeni təxribatı və nəticədə mülki vətəndaşların qətlə yetirilməsi barədə jurnalist-tədqiqatçı Domeniko Letizianın müəllifi olduğu “Ermənistan tərəfindən atılmış minaatan Azərbaycanda mülki şəxsləri qətlə yetirib” adlı məqalədə dərc olunub, məqalədə İtaliya parlamentinin üzvləri deputatlar Kristina Bargero və Xalid Çauki, senatorlar Vito Petroçelli və Sercio Divinanın Ermənistan silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətləri pisləyən, eləcə də Ermənistanın işğalçı siyasətini qınayan bəyanatları öz əksini tapır.
//www.opinione.it/esteri/2017/07/07/domenico-letizia_conflitto- nagarno-karabakh-armenia- azerbaigian/
Modern.az