Modern.az

Daha bir ərəb ölkəsindən Bakıya birbaşa uçuşlar başlayıb

Daha bir ərəb ölkəsindən Bakıya birbaşa uçuşlar başlayıb

Aktual

10 İyul 2017, 18:21

Küveytin “Jazeera Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirməyə başlayıb.

 

Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq hava limanından məlumat verilib.

Əl-Küveyt şəhərindən Bakıya ilk reys iyulun 10-da baş tutub.

 

Bu reyslər həftədə iki dəfə, bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Jazeera Airways” 2004-cü ildə yaradılıb və hər il 16 istiqamət üzrə 1,25 milyon sərnişinə xidmət göstərir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama