Modern.az

Tramp qızı ilə bağlı açıqlama verdi

Tramp qızı ilə bağlı açıqlama verdi

Aktual

10 İyul 2017, 18:40

ABŞ prezidenti Donald Tramp qızı İvanka ilə bağlı açıqlama verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp öz Twitter-də qızının G20 sammitində iştirakı edərək bəzi tədbirlərdə atasının yerini tutmasına  aydınlıq gətirib.

 

“Mən konfrans zalı tərk edən zaman İvankadan yerimi tutmasını xahiş etdim. Bu standart praktikadır və Angela Merkel mənimlə razıdır” –deyə Tramp yazıb.

 

Tramp analoji hadisənin Klintonun qızı Çelsi ilə baş verəcəyi halda medianın bu məsələni şişirtməyəcəyini də vurğulayıb.

 

İvanla Tramp iyulun 8-də Çin lideri Si Tsinpin, Böyük Britaniya baş naziri Tereza Mey, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Almaniya kansleri Angela Merkelin əhatəsində şəkil çəkdirmişdi.

 

Vüqar İSMAYILOV

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama