Modern.az

Azərbaycan hərbçisinin həlak olması barədə məlumat yalandır - Müdafiə Nazirliyi, Foto

Azərbaycan hərbçisinin həlak olması barədə məlumat yalandır - Müdafiə Nazirliyi, Foto

Aktual

10 İyul 2017, 20:13

Müdafiə Nazirliyi “Vətən Sağ Olsun” adlı feysbuk sosial şəbəkə istifadəçisinə istinadən Ermənistan mətbuatında guya Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nağıyev Həsən Əli oğlunun 2 iyul 2017-ci il tarixdə Ağdam istiqamətində erməni snayperi tərəfindən vurularaq həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğuya cavab verib.

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyi Nağıyev Həsən Əli oğlunun həqiqətən Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçdiyini açıqlayıb. Amma Nağıyev Həsən Əli oğlu 2017-ci ilin yanvar ayında ordu sıralarından ehtiyata buraxılıb, hazırda sağ-salamatdır və Şəmkir rayonunda yaşayır.

Müdafiə Nazirliyi qeyd edir ki, dəqiqləşdirilməmiş yalan məlumatların sosial şəbəkələrdə yayılması düşmən maraqlarına xidmət edir və ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirmək məqsədini daşıyır.​

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama