Modern.az

Rəsmi Moskvadan Ermənistanın Alxanlıda törətdiyi təxribatı şərh

Rəsmi Moskvadan Ermənistanın Alxanlıda törətdiyi təxribatı şərh

Aktual

10 İyul 2017, 20:51

Rəsmi Moskva iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması  nəticəsində biri iki yaşlı körpə olmaqla iki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən təxribata münasibət bildirib. Modern.az APA-ya istinadən xəbər verir ki,  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatı belə şərh edib:  "Biz bütün tərəfləri təmkinli olmağa və mövcud razılıqlara riayət etməyə çağırırıq".

Qeyd edək ki, bir neçə gün bundan qabaq Rusiya XİN sözçüsü Mariya Zaxarova da oxşar bəyanatla çıxış etmişdi. O,münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırdıqlarını bildirmişdi.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama