Modern.az

Jurnalistlər Milli Məclisin deputatlarını məğlub etdilər

Jurnalistlər Milli Məclisin deputatlarını məğlub etdilər

Təhsil

12 May 2011, 18:04

Mayın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda media təmsilçiləri və millət vəkilləri üz-üzə gəlib.
Modern.az-ın məlumatına görə, yaşıl meydançada ölkə jurnalistlərindən və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından ibarət komandalar qarşılaşıb.

Qeyd edək ki, jurnalistlər və deputatlar arasındakı bu görüş  Azərbaycan Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşıb.
Görüş jurnalistlərin 5:4 hesablı qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, yubiley münasibəti ilə ilk oyun bu il mart ayının 19-da “Şəfa” stadionunda jurnalistlərlə polislər arasında olmuşdu.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular