ABŞ prezidenti Donald Tramp gələn il Böyük Britaniyaya səfər edəcək. Modern.az “Times” dərgisinə istinadən xəbər verir ki, bu barədə Britaniyadakı mənbələr məlumat verir.
“Gələn il ABŞ prezidentinin səfər edəcəyi gözlənilir” – deyə Dauninq Strit-in verdiyi açıqlamada deyilir.
Məlumata görə, iyulda Bastiliya qalasının alınmasının ildönümü ilə bağlı Avropaya səfər edəcək Tramp Şotlandiyanın Aberdinşir bölgəsində yerləşən qolf klubuna da planlaşdırılmamış səfər edə bilər.
Vüqar İSMAYILOV