Modern.az

İranda küləyin xəsarət yetirdiyi 159 nəfər xəstəxanaya düşdü

İranda küləyin xəsarət yetirdiyi 159 nəfər xəstəxanaya düşdü

Aktual

11 İyul 2017, 20:55

İranda güclü külək xeyli xeyli fəsadlar törədib. Modern.az İran mediasına istinadən xəbər verir ki, ölkənin cənub-şərqindəki Sistan və Bəluçistan əyalətində güclü tozlu külək səbəbindən 159 nəfər xəstəxanya müraciət edib.

Məlumata görə, xəstəxanaya müraciət edənlərdən 121 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 38 nəfərin müalicəsi davam edir.

Xəstəxanaya müraciət edənlərin əsas şikayəti tozlu külək səbəbindən göz ağrıları, yuxarı tənəffüs yollarında yaranan problemlə bağlı olub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...