Modern.az

Paytaxtda qanunsuz ağac kəsimi faktı aşkarlandı

Paytaxtda qanunsuz ağac kəsimi faktı aşkarlandı

Aktual

11 İyul 2017, 20:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə mütəmadi qaydada araşdırmalar aparırlar. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, növbəti araşdırma Nizami rayonunda aparılıb. Araşdırma zamanı rayonun Mehdi Abbasov küçəsi 4 C ünvanındakı yaşıllıq sahəsində yaşköküstə 12-28 santimetr diametrliyində sərv, Eldar şamı və qarağaccinsli 9 ağacın qanunsuz kəsildiyi, 20 ağacın isə gövdə və çətir hissələrinin ciddi zədələndiyi məlum olub. Ağacların ərazidə tikinti aparan “Karvan-K” istehsalat-kommersiya firması tərəfindən kəsildiyi və zədələndiyi müəyyən edilib.

Faktla bağlı tikintini həyata keçirən “Karvan-K” firması barəsində akt tərtib olunaraq 7920 manat məbləğində cərimə tətbiq edilib. Məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barədə qanunauyğun tədbirlərin görülməsi və ərazidəki digər ağacların məhv edilməsi təhlükəsinin qarşısının alınması məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

 

Hər hansı bir obyektin tikintisi ilə bağlı torpaq sahəsi ayıran müəssisə ərazidə yaşıllıq olub-olmamasını nəzərə almalı, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin mövqe planı ETSN ilə əvvəlcədən razılaşdırılmalıdır. Lakin bu tələbə riayət edilmədən torpaq mülkiyyətçiləri tərəfindən torpaq sahələrinin ayrılması və tikinti aparılması nəticəsində yaşıllıqların məhvinə şərait yaradılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...