Modern.az

"Qarabağ" möhtəşəm qələbə qazandı - 5:0 

Aktual

11 İyul 2017, 22:51

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilir. Modern.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Gürcüstanın “Samtredia” komandasını qəbul edib.

Ağdam klubu oyunun 10-cu dəqiqəsində hesabı açıb. Qazanılan penaltı zərbəsini Əfran İsmayılov qola çevirib.

Oyunun 37-ci dəqiqəsində isə Ndlovu fərqi 2 topa çatdırıb.

İlk hissəyə əlavə olunan vaxtın ilk saniyələrində isə "Qarabağ" daha bir penalti şansı qazanıb.  Bu dəfə də Ndlovu dəqiq zərbə vuraraq fərqi 3 topa çatdırıb.

Bununla da ilk hissənin sonunda hesab 3:0 "Qarabağ"ın xeyrinə olub.

Oyunun 82-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Guerier komandasının 4-cü qolunu vurub. Oyunda sonuncu qol isə 90+2-ci dəqiqədə vurulub. Bu dəfə Miçel fərqlənərək oyundakı son hesabı müəyyən edib. Beləliklə, oyun "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ilk hissədə baş məşqçi Qurban Qurbanov klubun lideri sayılan kapitan Rəşad Sadıqovu meydandan çıxarıb. Kapitanı “Qarabağ”ın yeni transferi Yakub Jezniçak əvəzləyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...