Türkiyə polisi Konya şəhərində 5 İŞİD üzvünü məhv edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mənzillərdən birində gizlənən terrorçular polisə müqavimət göstərib. Hadisə zamanı 4 polis əməkdaşının da yüngül xəsarət aldığı bildirilir.
Hadisə yerində 5 avtomat və çoxlu döyüş sursatı tapılıb.
Vüqar İSMAYILOV