Modern.az

Səfir: “Azərbaycan FETÖ ilə mübarizədə daim Türkiyənin yanında olub"  

Səfir: “Azərbaycan FETÖ ilə mübarizədə daim Türkiyənin yanında olub"   

Aktual

12 İyul 2017, 11:15

“Hamının bildiyi kimi, terror təşkilatı FETÖ Türkiyədən kənarda da şəbəkə qurub. Türkiyənin daxilində olduğu kimi, xaricində də FETÖ-ya qarşı mübarizə aparılır. Qardaş ölkə Azərbaycan aparılan mübarizədə daim Türkiyənin yanında olub".

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə hərbi dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Səfirin sözlərinə 15 iyul çevrilişə cəhd gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ilk zəng edən prezidentlərdən biri İlham Əliyev olub.


“Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Terrora qarşı mübarizədə Azərbaycanı yanımızda görməklə böyük güc hiss edirik”.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...