Modern.az

"Azəriqaz”da növbəti “Açıq mətbuat saatı” keçiriləcək

"Azəriqaz”da növbəti “Açıq mətbuat saatı” keçiriləcək

Təhsil

13 May 2011, 11:03

ARDNŞ-nin "Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq mətbuat saatı” keçiriləcək. Modern.az-ın məlumatına görə, mayın 13-də saat 12:00-dan 13:00-dək davam edəcək “Açıq mətbuat saatı”nda Birliyin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin mühəndisi Rasim Əhmədov qaz sərfiyyatının və təzyiqinin idarə edilməsi, təbii qazdan istifadə zamanı yarana biləcək arzuolunmaz hadisələr barədə məlumatların qəbulu (104 qaynar xətti), qəbul edilmiş məlumatların operativ şəkildə həll edilməsi və işlərin təşkili ilə bağlı, o cümlədən əhali kateqoriyasından olan abunəçiləri narahat edən digər sualları cavablandıracaq.
 Göstərilən müddətdə kütləvi informasiya vasitələri nümayəndələri (+994012) 490-54-33 və (+994012) 490-54-24 nömrəli telefonlarla əlaqə saxlayaraq mövzu ilə əlaqədar suallarına cavab ala biləcəklər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular