"Türkiyədə 15 iyul 2016-cı ildə hərbi çevrilişə cəhddən sonra 130 minə yaxın adam saxlanılıb".
Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə hərbi dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.
Səfir bildirib ki, Türkiyədə FETÖ ilə mübarizə hələ də davam edir. "Saxlanılan 130 min nəfərdən 45 minə yaxını həbs edilib. Proses davam etdiyi üçün həbs olunanların sayı arta bilər".
Qafar Ağayev