Modern.az

İslam Əməkdaşlıq Təşkilatı: “2 yaşlı Zəhranın qatilləri - Xocalı qatilləridir”

İslam Əməkdaşlıq Təşkilatı: “2 yaşlı Zəhranın qatilləri - Xocalı qatilləridir”

Aktual

12 İyul 2017, 12:13

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu)  Ermənistanın Azərbaycan mülki əhalisinin qətli siyasəti ilə bağlı, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasında məlumatlandırma aksiyası keçirdi. Xocalı faciəsinin 25 illiyi ilə bağlı yekun qətnaməyə xüsusi bənd əlavə edildi.

 

Abidcan, 12 iyul 2017. Kot d’Ivuar Respublikasının paytaxtı Abidcan şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilati (İƏT) Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında iştirak edən İƏT Gənclər Forumu nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini hədəfə alan məqsədyönlü təxribatları ilə bağlı sessiyanın işində iştirak edən 56 ölkənin nümayəndə heyətlərini məlumatlandırmışdır. Bu çərçivədə, iclas üçün “Xocalıya Ədalət” Kampaniyası və İƏT Gənclər Forumu tərəfindən qısa zamanda hazırlanan xüsusi məlumat paketləri üzv ölkələrə, İƏT qurumlarına, müşahidəçi və qonaq qismində sessiyada iştirak edən Rusiya, Fransa, ABŞ, İngiltərə və Kanada kimi ölkələrin nümayəndələrinə paylanaraq ətraflı məlumat verilmişdir.

 

Qeyd olunan məlumat paketində iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 18 aylıq Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın amansızlıqla qətlə yetirilməsi ilə bağlı ətraflı məlumat və foto sübutlar əks olunmuşdur. Beynəlxalq hüququn normalarını və ümumilikdə bəşəriyyətin universal prinsiplərini pozan bu cinayətə görə Ermənistan hakimiyyətinin məsuliyyət daşımalı olduğu və bunun üçün dünya ictimaiyyətinin lazımi mövqe göstərməsinin vacibliyi qeyd olunaraq konfrans iştirakçılarına çağırış edilmişdir. Bununla yanaşı, bu cinayətin bir ilk olmadığı və Qarabağ müharibəsi zamanı və atəşkəs dövründə azərbaycanlı dinc əhalini hədəf alan və Ermənistan tərəfindən həyata keçirilən məqsədli və amansız siyasətin davamı olduğu vurğulanaraq, Xocalı faciəsi daxil olmaqla dinc əhaliyə qarşı törədilmiş digər cinayətlər də məlumat paketində qeyd olunmuşdur. Sessiya zamanı DƏ-İKGF nümayəndə heyətinin keçirdiyi ikili görüşlərdə də iyul ayının 4-də baş vermiş cinayət ətraflı şəkildə gündəmə gətirilmişdir.

 

Eyni zamanda, sessiyada iyul ayının 6-da qurumun İdarə Heyəti tərəfindən hadisə ilə baglı qəbul edilmiş və DƏ-İKGF Sədri Elşad İskəndərov tərəfindən səsləndirilmiş  bəyanat da yayımlanmışdır. Bəyanatda Ermənistanın mülki əhaliyə qarşı son qətliam aksiyası, bu ölkənin hakim dairələrərinin Xocalı soyqırımı daxil olmaqla, beynəlxalq hüququn normalarına və ümumilikdə bəşəriyyətin universal prinsiplərinə zidd cinayətkar fəaliyyətlərinin davamı kimi qiymətləndirilmişdir.

 

Bu fəaliyyətin bir nəticəsi olaraq, üzv ölkələr hər il DƏ-İKGF tərəfindən irəli sürülən Xocalı faciəsi ilə bağlı ənənəvi qətnamə mətninə yeni bənd əlavə etmiş və Xocalı faciəsinin 25-ci ildönümü olduğunu vurğulayaraq faciəni İƏT Xarici İşlər Nazirləri səviyyəsində ilk dəfə “soyqırım” kimi (öncəki illərdə “soyqırım aktı” ifadəsindən fərqli olaraq) tanımış və “Xocalıya Ədalət” kampaniyasının fəaliyyətlərini alqışlamışlar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...