Modern.az

Ermənistanlı vitse-spiker: “Azərbaycanın müharibəyə başlaması istisnadır”

Ermənistanlı vitse-spiker: “Azərbaycanın müharibəyə başlaması istisnadır”

Aktual

12 İyul 2017, 13:37

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamasını mümkünsüz adlandırıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Şarmazanov dünya birliyinin buna imkan verməyəcyi fikrindədir.

 

“Hərbi əməliyyatların başlanması ehtimalı istisnadır. Heç kəs Suriya münaqişəsinin qonşuluğunda Azərbaycana yeni gərginlik ocağı açmağa imkan verməyəcək”.

 

Onun sözlərinə görə ötən ilin aprelində baş verən hadisə tammiqyaslı hərbi əməliyyatlar deyildi və məhdud sayda silahdan istifadə olunması ilə yadda qalmışdı.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...