Modern.az

Elçin Əfəndiyevin qızı Qırğızıstanın turizm naziri ilə görüşüb

Elçin Əfəndiyevin qızı Qırğızıstanın turizm naziri ilə görüşüb

Aktual

12 İyul 2017, 17:36

İyulun 10-da Bişkek şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının təhsil naziri Qulmira Kudayberdiyeva ilə görüşüb.

 

Görüşdə G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədənin irsinin qorunması və təşviqinə dairfəaliyyətindən söz açmış, Fondun üzv ölkəsi olan Qırğızıstan ilə əlaqələringücləndirilməsinin vacibliyini qeyd etmişdir. Q.KudayberdiyevaFondunfəaliyyətini bütövlükdə Türk dünyasının birliyi naminə töhfə kimi dəyərləndirmiş, gələcək layihələrinə dəstəyini bildirmişdir.

 

Görüş zamanı əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmış, Qırğızıstandakı universitetlər ilə əməkdaşlığıngenişləndirilməsi, eləcə orada təhsil alan Türk dünyası ilə bağlı araşdırmalar aparmış tələbələrə təqaüdlərin ayrılması məsələləri müzakirə edilmişdir. 

 

İyulun 11-də G.Əfəndiyeva ilə Qırğızıstan Respublikasının mədəniyyət, informasiya və turizm naziri Tuqelbay Kazakov arasında görüş keçirilmişdir.

 

G.Əfəndiyeva Fondun məqsədləri və həyata keçirdiyi tədbirləri barədə məlumat vermişdir. T.Kazakov Fondun Türk dünyasına xas tarixi-mədəni irsinmühafizəsi və təbliğ edilməsinə dair fəaliyyət perspektivlərini yüksək qiymətləndirmişdir. Görüşdə əməkdaşlıq çərçivəsində gələcəkdə mədəni sahədə müxtəlif mövzularla bağlı birgə layihələrinhəyata keçirilməsinə dair razılıq əldə edilmişdir.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama