ABŞ Silahlı Qüvvələri başda olmaqla koalisiya qüvvələri Suriyanın Əl-Xasaka əyalətində Şaddadi şəhərindən cənubda yerləşən Kişkiş Cabur yaşayış məntəqəsinə aviazərbələr endiriblər.
Modern.az xarici KIV-ə istinadən məlumat verir ki, aviazərbələr nəticəsində 2-si qadın olmaqla 6 dinc sakinin həlak olduğu bildirilib.
Qeyd edək ki, ötən həftə Kişkiş Zeyanat kəndinə də koalisiya qüvvələri tərəfindən avizərbələr endirilmiş və nəticədə 9 dinc sakin həlak olmuşdu.
Modern.az