Modern.az

Azərbaycanın Avstriya və Sudana fəxri konsulları təyin olunub

Azərbaycanın Avstriya və Sudana fəxri konsulları təyin olunub

12 İyul 2017, 18:57

Prezident İlham Əliyev Helmut Mantsenrayterin Avstriya Respublikasının Klaqenfurt am Vörterse şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Dövlət başçısının imzaladığı digər sərəncamla Andreas Köniqsberqer Avstriya Respublikasının Sankt Pölten şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin olunub.

 

Prezident İlham Əliyev Tarıg Hamza Zeynəlabdinin Azərbaycanın Sudanda fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xarici İşlər Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...