Modern.az

Londonda azərbaycanlı gəncin uğuru

Londonda azərbaycanlı gəncin uğuru

12 İyul 2017, 21:44

Londonda yaşayan azərbaycanlı gəncin layihəsi böyük maraqla qarşılanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Babək İsmayılın "OneDome" adlı startup layihəsi 2016-cı ilin aprelində qurulub. "OneDome" layihəsi əmlak bazarında yenilik hesab olunur. Belə ki, ev sahibi ilə müştəri arasında birbaşa əlaqəyə yaratmağa yardımçı olur. Bununla da, heç bir vasitəçiyə ehtiyac qalmır.

Londonlu investorlar investisiya fondlarından deyil, öz şəxsi pulları ilə layihənin inkişafına dəstək olublar. Bununla da, layihənin dəyəri 4 milyon dolara çatıb.

İsmayıl hesab edir ki, əmlak bazarında istehlak təcrübəsi gərəksizdir və əlavə stresə səbəb olur. "OneDome" inanır ki, texnologiya əmlak sahəsində çalışan peşəkarlarla onların müştəriləri arasındakı əlaqəni, alqı-satqı prosesini daha da sadə və şəffaf hala gətirəcək.

Həmçinin, "OneDome" vasitəsi ilə alqı-satqı prosesində yeni hüquqi və maliyyə xidmətləri təklif olunacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...