Modern.az

Məşhur meyxanaçı özünə qəbir hazırlatdı - VİDEO

Məşhur meyxanaçı özünə qəbir hazırlatdı - VİDEO

12 İyul 2017, 21:55

Məşhur meyxanaçı Ağamirzə Məmmədov özü üçün qəbir yeri götürüb. Meyxanaçı, hətta həmin yeri qazdırıb, içini lazımi qaydada hördürüb, üstünə isə torpaq tökdürüb. Qəbir demək olar ki, tam hazır vəziyyətə gətirilib.

Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, onun sifarişini qəbul edən qəbirqazan əvvəlcə təəccüblənsə də, öz işini 2 günə təhvil verib.

Ailəsi, qohumları, tanıyan-bilən hər kəs şairi bu əməlinə görə qınasa da, sonradan ona haqq qazandırıb, hətta onun hazır qəbrinə şərik çıxmaq istəyənlər də olub.

Ümumiyyətlə, İslama görə hər bir müsəlman öz axirətini sağlığında düşünməlidir. Ustad sənətkara isə Allahdan uzun ömür diləyirik.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...