Modern.az

Neft bir az da ucuzlaşdı

Neft bir az da ucuzlaşdı

12 İyul 2017, 23:39

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 11-də 47,4 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,19 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 11-də 46,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 11-də 45,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 11-də 46,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,25 dollar/barel azdır.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...