Modern.az

Ələt-Astara yolunda ağır qəza - Ölü sayı 4-də çatdı - YENİLƏNİB

Ələt-Astara yolunda ağır qəza - Ölü sayı 4-də çatdı - YENİLƏNİB

13 İyul 2017, 09:55

Bu gün səhərə yaxın Ələt-Astara yolunda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a bildirilib ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:00-da başa çatıb.

***

Səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında ölən 3 nəfərin və yaralananlardan ikisinin şəxsiyyəti müəyyənləşib.

"Report" xəbər verir ki, 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu və 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu qəza nəticəsində ölüb.

Həmçinin qəza nəticəsində yaralananların da adı məlum olub. Bunlar Qəhrəmanova Aqilə Canhəsən qızı, Abdullayev Azad Vəli oğlu və Əliyev Zaurdur.

Son məlumata görə, yol qəzasında xəsarət almış şəxslərdən daha bir ölüb.

Abdullayev Azad Vəli oğlu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.

Bununla da qəzada ölənlərin sayı 4-ə çatıb.

Yaralılardan Qəhrəmanova Aqilə Canhəsən qızı da həmin xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

 




Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...